Aygün Kazımova - Bilirəm Lyrics

Aygün Kazımova Bilirəm cover art

Bilirəm Lyrics by Aygün Kazımova

Hər şey bir andaca dəyişə bilir
İlahi, kömək ol, mən tələsməyim
Bu həyat sanki, bir yuxu kimidir
Elə et, bu ömrə vurula bilim

Elə et, sevinci, kədəri sevim
Küləyin sığalını hiss edə bilim
Göz yaşı dadını, eşqin odunu
Duyum, boş sözlərə vaxt itirməyim

Bilirəm, nə dünən, nə də sabah var
Gəl məni zamanın əlindən qurtar
Şeiri mən yazım, müəllif sən ol
Göstər, insan kimdir, nələr yaradar!

Bilirəm, hər zaman sən yanımdasan
Yalan tanımayan o gözlərinlə
Sahilsiz sandığım sonsuz boşluqdan
Ruhum dilə gələr, hayqırar, inlər

Bilirəm, nə dünən, nə də sabah var
Gəl məni zamanın əlindən qurtar
Şeiri mən yazım, müəllif sən ol
Göstər, insan kimdir, nələr yaradar!

Bilirəm, hər zaman sən yanımdasan
Yalan tanımayan o gözlərinlə
Sahilsiz sandığım sonsuz boşluqdan
Ruhum dilə gələr, hayqırar, inlər

Keep listening

More Songs by Aygün Kazımova