Bu Hüseyn Kimdir Lyrics by Seyyid Taleh
Bu Hüseyn kimdir İlahi bu qədər izzəti var
Hansı şahın belə payəndə qalan dövləti var
Bu Hüseyn kimdir Xudaya bu qədər izzəti var
Hansı şahın belə payəndə qalan dövləti var
Şahı şahandı ağam, ağama qurban olum
Canı canandır ağam, ağama qurban olum
Bu Hüseyn kimdir Mələklər ətəyindən yapışır
Basəfa adı gələn vaxtda ürəklər alışır
Söz düşən vaxtı şərəfdən hamı ondan danışır
Şərəfo izzətinin aləmə hara söhbəti var
Şahı şahandır ağam, ağama qurban olum
Canı canandır ağam, ağama qurban olum
Nəzəri lütfü onun həm uca həm alçağadır
Kim ona təkyə edə təkyəsi möhkəm dağadır
Sailin xar eləməz çün ağa oğlu ağadır
Hansı dəhrin belə bir şahi əbər qüdrəti var
Barilaha, bu Hüseyn adi şərəfətdir bizə
Qəm dolan gözlər ilə baxsa kifayətdir bizə
İki dünyada adı sayəyi izzətdir bizə
Başımızda ağamın sayəyi əmmiyyəti var
Şahı şahandır ağam, ağama qurban olum
Canı canandır ağam, ağama qurban olum
Sadiq aşiqlərini gözdən ağam atmayacaq
Ucalan bayrağına küfrün əli çatmayacaq
O şərəfli ələmi həşrə kimi yatmayacaq
İki dünyada yaşıl pərçəminin şövkəti var